"Trabzonspor" Azərbaycan yığmasının hücumçusunu "Osmanlıspor"a təklif edib

"Trabzonspor" Azərbaycan yığmasının hücumçusunu "Osmanlıspor"a təklif edib Bakı. 24 iyul. REPORT.AZ/ Türkiyənin Trabzonspor klubu Azərbaycan milli komandasının üzvü Ramil Şeydayevi satmağa qərar verib.
Futbol
24 İyul , 2018 20:32
Trabzonspor Azərbaycan yığmasının hücumçusunu Osmanlıspora təklif edib

Bakı. 24 iyul. REPORT.AZ/ Türkiyənin "Trabzonspor" klubu Azərbaycan milli komandasının üzvü Ramil Şeydayevi satmağa qərar verib. 

"Report" "Fotospor"a istinadən xəbər verir ki, komanda "Osmanlıspor"un nigeriyalı futbolçusu Umar Aminunu heyətinə qatmaq üçün 22 yaşlı hücumçudan istifadə edəcək.

Qara dəniz təmsilçisi "Osmanlıspor"a Ramil Şeydayev və 350 min avro təklif edəcək. 

Qeyd edək ki, ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirən Ramil Şeydayev "Trabzonspor"un Sloveniyadakı təlim-məşq toplanışında iştirak edib.  

Son xəbərlər

Orphus sistemi