Tottinin qolu "Roma"nı İtaliya Kubokunun yarımfinalına çıxarıb - VİDEO

Tottinin qolu "Roma"nı İtaliya Kubokunun yarımfinalına çıxarıb - VİDEO Luçano Spallettinin yetirmələri 1/2 finalda "Latsio" ilə qarşılaşacaqlar
Futbol
2 Fevral , 2017 06:36
Tottinin qolu Romanı İtaliya Kubokunun yarımfinalına çıxarıb - VİDEO

Bakı. 2 fevral. REPORT.AZ/ "Roma" evdə futbol üzrə İtaliya Kubokunun 1/4 finalında "Çezena" üzərində 2:1 hesabı ilə qələbə qazanaraq turnirin yarımfinal mərhələsinə yüksəlib.

"Report" xəbər verir ki, qalib komandanın qollarını Edin Ceko (68-ci dəqiqə) və Françesko Totti (90, penaltidən) vurublar. "Çezena"nın heyətində Luka Qarritano (73) fərqlənib.

25 sentyabr 2016-cı il tarixindən fərqlənməyən Totti 40 yaşında ilk qolunu vurub.

Luçano Spallettinin yetirmələri yarımfinalda "Latsio" ilə qarşılaşacaq. İlk martın 1-də "Roma"nın meydanında, ikinci oyun aprelin 5-də səfərdə oynanılacaq.

Digər yarımfinal matçında "Napoli" və "Yuventus" qarşılaşacaq. İlk matç martın 1-də Turində, ikinci oyun isə aprelin 5-də Neapol şəhərində təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi