İngiltərə klubu ev oyunlarını tikintisi tam başa çatmayan stadionda keçirə bilər

İngiltərə klubu ev oyunlarını tikintisi tam başa çatmayan stadionda keçirə bilər Bakı. 14 yanvar. REPORT.AZ/ İngiltərənin Tottenhem klubunun yeni stadionu mövsümün sonuna kimi tam hazır olmayacaq.
Futbol
14 Yanvar , 2019 20:19
İngiltərə klubu ev oyunlarını tikintisi tam başa çatmayan stadionda keçirə bilər

Bakı. 14 yanvar. REPORT.AZ/ İngiltərənin "Tottenhem" klubunun yeni stadionu mövsümün sonuna kimi tam hazır olmayacaq.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, buna baxmayaraq, London təmsilçisi cari mövsüm rəqiblərini bu arenada qəbul edə biləcək. 

Stadionun açılışı ötən ilin payızında planlaşdırılıb, lakin təhlükəsizlik problemləri səbəbində ilk dəfə dekabr ayına, yeni məlumata görə isə martın sonunadək təxirə salınıb.

İngiltərə Premyer Liqasının rəhbərliyi "Tottenhem"in yeni stadionunun açılışının təxirə salınmasından narazıdır. Klub aprelin 6-da "Brayton"la görüşünü yeni stadionunda keçirə bilməsə, arenadakı debüt matçı növbəti mövsümə qalacaq.

Qeyd edək ki, "Tottenhem" bu mövsüm ev oyunlarını "Uembli" stadionunda keçirir. 

Son xəbərlər

Orphus sistemi