"Tottenhem" "Mançester Yunayted"in məğlubiyyətsizlik seriyasına son qoyub - VİDEO

"Tottenhem" "Mançester Yunayted"in məğlubiyyətsizlik seriyasına son qoyub - VİDEO Görüş londonluların 2:0 hesbalı qələbəsi ilə başa çatıb
Futbol
1 Fevral , 2018 05:35
Tottenhem Mançester Yunaytedin məğlubiyyətsizlik seriyasına son qoyub - VİDEO

Bakı. 1 fevral. REPORT.AZ/ Futbol üzrə İngiltərə Premyer Liqasının 25-ci turunda "Tottenhem Hotspur" "Mançester Yunayted"i məğlub edib.

“Report” xəbər verir ki, Londonun "Uembli" stadionunda keçirilən görüş 2:0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.

Bununla da şəhərlilər "Qırmızı şeytanlar"ın turnirdə 8 oyundur davam edən məğlubiyyətsizlik seriyasına son qoyublar.

"Tottenhem" hazırda 48 xal ilə çempionatın turnir cədvəlində 5-ci yeri tutur, "Mançester Yunayted" (53 xal) ikincidir.

İngiltərə Premyer Liqası. 25-ci tur

"Tottenhem Hotspur" – "Mançester Yunayted" - 2:0

Qollar: 1:0 – Eriksen – 1, 2:0 – Cons – 28 (avtoqol)

Son xəbərlər

Orphus sistemi