Bakı. 2 aprel. REPORT.AZ/ "Tottenhem Hotspur" futbol üzrə İngiltərə Premyer Liqasının 32-ci turunda "Çelsi" üzərində qələbə qazanıb.
“Report” xəbər verir ki, Londonun "Stemford Bric" stadionunda keçirilən görüş 3:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
"Tottenhem" bu qələbə sayəsində xallarının sayını 64-ə çatdırıb və hazırda turnir cədvəlində 4-cü yerdə qərarlaşıb. "Çelsi" 56 xalla beşincidir.
İngiltərə Premyer Liqası, 32-ci tur
"Çelsi" — "Tottenhem" - 1:3
Qollar: Morata, 30 , Eriksen, 45+1, Alli, 62, 66