"Torino" komandasının yeni baş məşqçisi müəyyənləşib

"Torino" komandasının yeni baş məşqçisi müəyyənləşib Sinişa Mixayloviçin istefaya göndərilməsindən sonra boşalan posta Valter Madzarri gətirilib
Futbol
4 Yanvar , 2018 19:20
Torino komandasının yeni baş məşqçisi müəyyənləşib

Bakı. 4 yanvar. REPORT.AZ/ İtaliyanın "Torino" komandasının yeni baş məşqçisi müəyyənləşib.

“Report” Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Sinişa Mixayloviçin istefaya göndərilməsindən sonra boşalan posta Valter Madzarri gətirilib.

57 yaşlı italiyalı mütəxəssislə müqavilənin detalları barədə məlumat verilmir.

Qeyd edək ki, "Torino" İtaliya A Seriyasında 17 turdan sonra cəmi 3 qələbə ilə 10-cu pillədə yer alıb. Son iş yeri İngiltərənin “Uotford” klubu olan V. Madzarri daha əvvəl vətənində “Napoli” və “İnter” kimi komandalara rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi