Topaz Premyer Liqasında doqquzuncu tura yekun vurulub

Topaz Premyer Liqasında doqquzuncu tura yekun vurulub Turun ilk dövrəsinin son oyunları paytaxtdan kənarda baş tutub
Futbol
25 Oktyabr , 2015 22:14
Topaz Premyer Liqasında doqquzuncu tura yekun vurulub

Bakı. 25 oktyabr. REPORT.AZ/ Topaz Premyer Liqasında doqquzuncu tura yekun vurulub.

Turun ilk dövrəsinin son oyunları paytaxtdan kənarda baş tutub.

Günün ilk qarşılaşmasında Qəbələ şəhər stadionunda Roman Qriqorçukun yetirmələri "Zirə"ni qəbul edib. Baş hakim Elvin Əsgərovun idarə etdiyi görüşdə hesab açılmayıb - 0:0.

Turun sonuncu oyununda lider “Qarabağ” komandası “Sumqayıt”ın qonağı olub. “Kapital Bank Arena”da keçirilən oyunu baş hakim Rəvan Həmzəzadə idarə edib. Görüş "Gənclik şəhəri"nin təmsilçilərinin qələbəsi ilə başa satıb- 1:0.

Xatırladaq ki, Premyer Liqanın doqquzuncu turunun digər oyunlarında AZAL komandası “Neftçi”ni 2:1, “Kəpəz” klubu “Xəzər-Lənkəran”ı 1:0, “İnter” isə “Rəvan”ı 2:0 hesabı ilə məğlub edib.

Hazırda “Qəbələ” və “Qarabağ” 20 xalla çempionata liderlik edirlər. “İnter” komandası isə 17 xalla üçüncü pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi