​Toni Adams Avropa Azərbaycan Məktəbinin qonağı olub

​Toni Adams Avropa Azərbaycan Məktəbinin qonağı olub Əfsanəvi futbolçu şagirdləri maraqlandıran sualları cavablandırıb
Futbol
28 Aprel , 2016 16:51
​Toni Adams Avropa Azərbaycan Məktəbinin qonağı olub

Bakı. 28 aprel. REPORT.AZ/ “Qəbələ” İdman Klubunun futbol direktoru Toni Adams aprelin 28-də Avropa Azərbaycan Məktəbinin (AAM) qonağı olub. "Report"un məlumatına görə, əfsanəvi futbolçu məktəbin hər iki tədris binasında şagirdlər və işçi heyətlə görüşüb.

Məktəbin direktoru Qrem Pollok qonağı salamladıqdan sonra T.Adams haqda şagirdlərə qısa məlumat verib. Bundan sonra şagirdlər uzun illər İngiltərə yığma komandasının və Londonun “Arsenal” klubunun şərəfini qorumuş məşhur futbol adamından bəhs edən kiçik videoçarxı izləyiblər. Daha sonra T.Adams şagirdləri maraqlandıran sualları cavablandırıb.

Ardınca klubun kommersiya direktoru Mustafa Aztopal klubun tanıdılması istiqamətində Qəbələ şəhər məktəblərində aparılan işlərdən danışıb. “Qəbələ” hər bir məktəbliyə hədiyyələr təqdim edib. T.Adams isə ona verilən ən yaxşı suala görə şagirdlərdən birinə özünün imzalı formasını bağışlayıb.

Sonda T.Adams şagirdlərlə görüşdən məmnun qaldığını bildirib, onların futbola olan həvəsini yüksək qiymətləndirib və futbolda qazandığı uğurları görən məktəblilərin arzularını reallaşdırmaq üçün bundan sonra daha səylə çalışacaqlarına ümid etdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi