​Toni Adams "Arsenal"ın baş məşqçisi postuna namizəd göstərilib

​Toni Adams "Arsenal"ın baş məşqçisi postuna namizəd göstərilib Bunu "Tottenhem"in sabiq baş məşqçisi Harri Rednapp yazıb
Futbol
23 Oktyabr , 2015 18:15
​Toni Adams Arsenalın baş məşqçisi postuna namizəd göstərilib

Bakı. 23 oktyabr. REPORT.AZ/ "Qəbələ" klubunun futbol direktoru Toni Adams İngiltərənin "Arsenal" klubunun baş məşqçisi postuna namizəd göstərilib. "Report"un məlumatına görə, bu barədə "Tottenhem"in sabiq baş məşqçisi Harri Rednapp "The London Evening Standard" jurnalına yazdığı məqalədə bildirib.

H.Rednapp hazırkı baş məşqçi Arsen Vengerin yerinə Adamsdan başqa, "Sanderlend"in sabiq çalışdırıcısı Stiv Bouldun da adını qeyd edib: "Nəyə görə "Arsenal"ı Stiv Boulda və ya Toni Adamsa həvalə etmək olmaz?"

"Tottenhem"in sabiq baş məşqçisi 1996-cı ildən "Arsenal"ın baş məşqçisi olan Arsen Vengerin 2017-ci ildə müqaviləsinin bitəcəyini nəzərə alaraq belə fikir irəli sürüb.

Qeyd edək ki, Toni Adams daha öncə "Qəbələ", "Uikomb Uonderers" və "Portsmut"un baş məşqçisi olub.

Son xəbərlər

Orphus sistemi