"Tokio-2020" Oyunlarının talismanlarına adlar verilib - FOTO

"Tokio-2020" Oyunlarının talismanlarına adlar verilib - FOTO Bakı. 22 iyul. REPORT.AZ/ 2020-ci il Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının talismanlarına adlar verilib.
Futbol
22 İyul , 2018 17:25
Tokio-2020 Oyunlarının talismanlarına adlar verilib - FOTO

Bakı. 22 iyul. REPORT.AZ/ 2020-ci il Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının talismanlarına adlar verilib.

"Report"un Oyunların Təşkilat Komitəsinə istinadən məlumatına görə, bu ilin əvvəllərində yaponiyalı məktəblilərin seçdikləri rəmzlərə "Miraytova" və və "Someyti" adlandırılıb. Olimpiadanın simvolu "Miraytova"da "Miray" yaponca "gələcək", tova" isə "əbədilik" anlamı verir.

Paralimpiadanın simvolu "Someyti" isə sakura ağacının populyar növü olan "someyyosino"dan gəlir və ingilis ifadəsi "so mighty"ni ("qüdrətli") ifadəsini xatırladır.

Qeyd edək ki, "Tokio-2020" 22 iyul - 9 avqustda keçiriləcək. İdmançılar 33 növ üzrə 339 dəst medal uğrunda mübarizə aparacaqlar. 

Son xəbərlər

Orphus sistemi