Tofiq Bəhramov adına Respublika Stadionu üçün 15 min kubmetr torpaq gətirilib - FOTO

Tofiq Bəhramov adına Respublika Stadionu üçün 15 min kubmetr torpaq gətirilib - FOTO Mərkəzi arena iyulun əvvəllərinədək hazır olacaq
Futbol
7 Mart , 2016 15:59
Tofiq Bəhramov adına Respublika Stadionu üçün 15 min kubmetr torpaq gətirilib - FOTO

Bakı. 7 mart. REPORT.AZ/ Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyündə təmir işləri dava etdirilir. "Report"un məlumatına görə, artıq meydançanın torpaq qatının müəyyən hissəsinin dəyişdirilməsi prosesi həyata keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova fevralın sonlarında başlayan prosesin hazırda davam etdiyini bildirib: "Torpaq qatının dəyişdrilməsinə fevralın sonlarından başlanılıb. Bunun üçün bu günə qədər respublikanın müxtəlif rayonlarından təqribən 15 min kubmetr torpaq gətirilib. Hazırda torpağın dəyişdirilmə işləri davam etdirilir. Növbəti 1-2 həftə ərzində xüsusi texnika ilə torpaq qatının yayılması, düzləşdirilməsi və müvafiq qaydalara əsasən cərgələnməsi işlərinə başlanacaq".

S.Məmmədova bildirib ki, martın 22-dən torpağa ot toxumunun səpilməsinə start veriləcək. Onun sözlərinə görə, iyulun əvvəllərində meydança tam hazır vəziyyətdə olacaq: "Stadionun ot örtüyünün əmələ gəlməsi 40-45 gün vaxt aparır. Bundan əlavə ot örtüyünün tam hazır olması üçün əlavə olaraq bir neçə həftə vaxt tələb olunur".

Nazirlik rəsmisi bildirib ki, stadionun meydançası iyulun əvvəlində hazır olacağından, 5-21 mayda Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının oyunlarının mərkəzi arenada təşkili nəzərdə tutulmayıb. 

Son xəbərlər

Orphus sistemi