Yuxarı

Tbilisinin "Dinamo" klubunun baş məşqçisi istefa verib

Tbilisinin "Dinamo" klubunun baş məşqçisi istefa verib
Vyaçeslav Qroznı ailə vəziyyətini əsas gətirərək postunu tərk edib

Bakı. 13 fevral. REPORT.AZ/ Gürcüstanın "Dinamo" futbol klubunun baş məşqçisi Vyaçeslav Qroznı istefa verib. "Report"un Tbilisi təmsilçinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 61 yaşlı mütəxəssis ailə vəziyyətini əsas gətirərək postunu tərk edib.

"Dinamo"nun yeni baş məşqçisinin adı bu gün açıqlanacaq.

Qeyd edək ki, Vyaçeslav Qroznı 2016-cı ilin oktyabrından "Dinamo"nun sükanı arxasında idi. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi