Təyyarə qəzasına düşən futbolçulardan 2-si vaxtilə Azərbaycan klublarında çıxış edib

Təyyarə qəzasına düşən futbolçulardan 2-si vaxtilə Azərbaycan klublarında çıxış edib Onlardan biri "İnter", digəri isə "Xəzər Lənkəran"da oynayıb
Futbol
29 Noyabr , 2016 12:31
Təyyarə qəzasına düşən futbolçulardan 2-si vaxtilə Azərbaycan klublarında çıxış edib

Bakı. 29 noyabr. REPORT.AZ/ Kolumbiyada qəzaya uğrayan sərnişin təyyarəsindəki "Şapekoense" klubunun futbolçularından 2-si vaxtilə Azərbaycan Premyer Liqasında çıxış edib. "Report"un məlumatına görə, bunlar Filipe Joze Maçado və Villiam Tieqo de Xesusdur.

Maçado 2010/2011 mövsümündə Bakı "İnter"inin formasını geyinib. Hazırda 32 yaşı olan müdafiəçi Bakı təmsilçisinin heyətində 9 oyuna çıxıb.

30 yaşlı müdafiəçi Tieqo isə "Xəzər Lənkəran"da forma geyinib. 2014-cü ilin yanvarında onunla 1.5 illik müqavilə imzalansa da, həmin ilin dekabrında qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.

"360 Radio Colombia" qəza nəticəsində göyərtədə olan 81 nəfərdən 6-nın sağ qaldığını bildirib. Onlardan Alan Ruşel müdafiəçi, Danilo Padilya və Jakson Follman isə qapıçılardır. Onlar xəstəxanalardan birinə çatdırılıb. Digər 3 şəxsin adı isə açıqlanmayıb.

Son xəbərlər

Orphus sistemi