Teymur Rəcəbov Dünya Kubokunda mübarizəni dayandırıb

Teymur Rəcəbov Dünya Kubokunda mübarizəni dayandırıb Azərbaycan şahmatçılarından 1/8 finala yalnız Şəhriyar Məmmədyarov yüksələ bilib
Futbol
19 Sentyabr , 2015 18:09
Teymur Rəcəbov Dünya Kubokunda mübarizəni dayandırıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ Azərbaycan şahmatçısı Teymur Rəcəbov Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1/16 final mərhələsində mübarizəni dayandırıb. "Report"un məlumatına görə, 28 yaşlı zəka sahibi rusiyalı Peter Svidlerə "tay-breyk"də uduzub.

İki şahmatçı arasındakı ilk 2 görüş heç-heçə nəticələnib. "Tay-breyk"də ağ fiqurlarla yenidən xalları bölən Rəcəbov qara fiqurlarla qarşılaşmada uduzub. Yekunda 2:5:1,5 hesablı qələbə qazanan Svidler 1/8 finala yüksəlib. Daha öncə təşkilatçı ölkə şahmatçılarından Qədir Hüseynov eyni mərhələdə çinli Dinq Lirenə yenilib - 1/2:1/2, 0:1.

Beləliklə, Dünya Kubokunda Azərbaycanı təmsil edən 6 şahmatçıdan yalnız 1-i 1/8 finala yüksələ bilib. Bu, Şəhriyar Məmmədyarovdur. Məmmədyarov 1/16 finalda hindistanlı Seturaman P. Seturamanı üstələyib - 1:0, 1/2:1/2. Onun növbəti mərhələdəki rəqibi Fabiano Karuana (ABŞ) olacaq. Karuana 1/32 finalda yerli şahmatçı Rauf Məmmədovu, 1/16 finalda kanadalı Anton Kovalyovu yenib - 1:0, 1/2:1/2.

Qeyd edək ki, 1/8 final qarşılaşmaları 20 - 22 sentyabrda olacaq. 

Son xəbərlər

Orphus sistemi