Yuxarı
    Bağlamaq

    Tevez "Şanxay" klubuna keçdikdən sonra dünyanın ən yüksək ödənişli futbolçusu olacaq

    Argentinalı hücumçu həftəsinə 615 min funt alacaq

    Bakı. 20 dekabr. REPORT.AZ/ Argentinanın "Boka Xuniors" klubunun hücumçusu Karlos Tevez Çinin "Şanxay Şenxua" klubuna keçidi rəsmiləşdikdən sonra dünyanın ən yüksək ödənişli futbolçusu olacaq.

    "Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Daily Mail" qəzeti yazıb.

    "Boka Xuniors" rəhbərliyi futbolçunun Çin komandasına keçidinin bu yaxınlarda gerçəkləşəcəyini təsdiq edib. 32 yaşlı forvard artıq komanda və azarkeşlərlə vidalaşıb.

    Qəzet yazır ki, Tevez yeni komandasında həftəsinə 615 min funt alacaq ki, bu da onu dünyanın ən yüksək ödənişli futbolçusu edəcək. Hazırda ən çox məvacib alan futbolçu İspaniya "Real"ının hücumçusu Kriştianu Ronaldudur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi