Tərlan Əhmədov: "Qazanılan bir xal bizə kubok oyunları ərəfəsində motivasiya verir"

Tərlan Əhmədov: "Qazanılan bir xal bizə kubok oyunları ərəfəsində motivasiya verir" Açığı, itkilərə rəğmən, komandadan mübariz oyun gözləyirdim. Ancaq bu qədər yox. Nəticədən çox futbolçuların, xüsusən debüt edən Xəzər Mahmudovun mübariz oyunu məni sevindirir.
Futbol
6 Dekabr , 2019 21:36
Tərlan Əhmədov: Qazanılan bir xal bizə kubok oyunları ərəfəsində motivasiya verir

"Açığı, itkilərə rəğmən, komandadan mübariz oyun gözləyirdim. Ancaq bu qədər yox. Nəticədən çox futbolçuların, xüsusən debüt edən Xəzər Mahmudovun mübariz oyunu məni sevindirir".

"Report"un məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın XIV turunda səfərdə "Qarabağ"la 2:2 hesablı heç-heçədən sonra deyib.

48 yaşlı mütəxəssis bildirib ki, nəticədən razı qalıb. "Keşlə" bu ay Azərbaycan Kubokunun 1/4 finalında da "Qarabağ"la qarşılaşacaq. Əhmədov həmin görüşlərə hazırlaşacaqlarını bildirib: 

"İki cəbhədə oynamaq üçün iki heyət olmalıdır. Yayda komandanı yığanda bir fikrim vardı - Premyer Liqada mükafatçılar sırasına düşmək. Oyunçuları da buna uyğun seçmişəm. İstənilən halda, bu 1 xal bizə motivasiya verir. Kubok oyunlarına qədər az da olsa, zamanımız var. Mübarizədən qaçası deyilik".

Son xəbərlər

Orphus sistemi