Yuxarı

Tərlan Əhmədov: “Ona başa saldım ki, istəkli olmasan, yaddan çıxacaqsan”

Tərlan Əhmədov: “Ona başa saldım ki, istəkli olmasan, yaddan çıxacaqsan”

Bakı. 11noyabr. REPORT.AZ/ “Bu 3 xal bizə çox lazım idi. Çünki 7-ci pillədə qərarlaşmışıq. Oyuna ciddi hazırlaşmışdıq. Komandanın kompakt oynamasına çalışdıq. Hücumda daha aqressiv idik. Dəyişiklər də oyuna müsbət təsirini göstərdi. Sevinirəm ki, 4 qol vurduq. Komandanı təbrik edirəm. Fasilədən səmərəli istifadə etməyə çalışacağıq”.

“Report” xəbər verir ki, bunu “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XI turunda “Sumqayıt” üzərində 4:1 hesablı qələbəni şəhr edərkən deyib.

- Vaqif Cavadovun yoxluğu nəylə bağlıdır?

- Onun 3-4 gündür hərarəti var, müalicə alır.

- Amil Yunanov niyə belə yaxşı oynadı?

- Onunla təkbəkək söhbətim oldu. Bilirəm ki, istəkli, aqressiv hücumçudur. Başa saldım ki, istəkli olmasan, yaddan çıxacaqsan. İstədiyimin 50-60 faizini ortaya qoya bildi.

- Ebrima Sohna göndəriləcək?

- Heç bir siyahım yoxdur. Rəhbərliklə söhbətim olmayıb. Qışadək bacardığımız qədər çox xal toplamağa çalışacağıq. Həmin mövqedə çıxış edən futbolçulardan razıyam. Ola bilər ki, qışadək 1 tur qalmış söhbətimiz oldu. Hər halda, komandada futbolçu sarıdan artım olacaq.

- “Neftçi”də bir yerdə işlədiyiniz Bahodir Nasimovun durumu necədir?

- O, təcrübəli futbolçudu.r Azərbaycanda da oynayıb. İndiyədək “Keşlə”də az oynayıb. Dörd hücumçudan ən yaxşı kimdirsə, o da oynayacaq. Bu gün iki hücumçuyla oynadıq. Bahodirin durumu hələ ki özündən asılıdır.

- “Sumqayıt”la ilk dövrənin oyunun xüsusi analizi olmuşdu?

- Bütün oyunları, komandanın funksional hazırlığı təhlil etmişdim. Bu, təkcə “Sumqayıt”la matç deyildi. Beş müdafiəçi ilə oynamağı sevmirəm. Ancaq rəqibə görə belə taktiki sxemi seçmişdim.

- “Keşlə”dən gedən futbolçuların yeri görünümü?

- Həmişə demişəm ki, əvəzolunmaz futbolçu yoxdur, təkrarolunmaz var. Gedənlərin heç birinin yerini görünmür. Onlara uğurlar arzulayıram. İndiki futbolçuların hamısından razıyam.

- Oyun gedə-gedə 4-cü hakimliklə dialoqunuz oldu. Əvvəldən tanışlığınız var?

- (gülür) Bütün futbol ictimaiyyəti hamı bir-birinə tanışdır. "Sumqayıt"da qırmızı vərəqədən sonra qapıçı meydana girəndə, vaxt çox dayandı. Hər məşqçinin etirazı olur. Udanda da, uduzanda. Bu, təbiidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi