Tərlan Əhmədov: "Neftçi"nin yeni transferləri ürəyimizcədir" - MÜSAHİBƏ

Tərlan Əhmədov: "Neftçi"nin yeni transferləri ürəyimizcədir" - MÜSAHİBƏ "Siz Joze Mourinyonun taktikasını bilirsiniz?"
Futbol
5 Fevral , 2018 17:58
Tərlan Əhmədov: Neftçinin yeni transferləri ürəyimizcədir - MÜSAHİBƏ
Report/ Orkhan Azim

Bakı. 5 fevral. REPORT.AZ/ "Neftçi" komandasının baş məşqçisi Tərlan Əhmədov bu gün I Divizion təmsilçisi "Sabah"la yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. "Report" həmin müsahibəni təqdim edir...

- Oyun barədə nə deyə bilərsiniz?

- Bu gün nəticə məni maraqlandırmır. Düzdür, futbolda nəticə üçün oynamaq lazımdır. Amma yoxlama oyununda əsas məqsəd komandanın səhvlərini aşkara çıxartmaq idi. Səhvlər üzərində çalışmalıyıq. Bu, mənim üçün önəmlidir. Komandanın oyunundan razı qaldım. Rəqib I Divizion klubu olsa da, istədiyimiz oyunu sərgiləyə bildik. İdmanda zəif rəqib yoxdur. Zəif hazırlıq var. Bu gün komanda meydanda mübarizə apardı. Müdafiədə səhvlər az idi. Yarımmüdafiəçilər topa nəzarət edirdilər. Oyun məni qane etdi.

- Komandada nöqsanlar varmı və "Neftçi"də nə çatmır?

- Ümumi danışsaq, hər şeyi ideal vəziyyətə gətirmək çətin məsələdir. Heç bir komanda deyə bilməz ki, bütün səhvlər düzəlib. Oyundan-oyuna səhvlər üzə çıxır. Hər hansı səhvi düzəltdikdə başqa biri çıxır. Rəqib də komandanı təzyiqdə saxlamağa çalışır. İstər-istəməz səhvlər olacaq. Bu səhvlərin üzərində işlədikcə inkişaf edirik. Biz yaratdığımız qol epizodlarından istifadə edə bilmirik. Bu, məni bir az düşündürür. Çünki Antalya toplanışında da hər oyunda 100 faizlik şanslardan yararlana bilmirdik. Bu gün də epizodları qola çevirə bilmədik. Bu, məni qayğılandırır.

- Yeni tarnsferlər sizi qane edirmi və istədiyiniz futbolçuları heyətə cəlb edə bilmisiniz?

- İstədiyim futbolçuları cəlb etdim. Futbolçular komandaya uyğunlaşmalıdırlar. Lukas Qomesin oyununu çox bəyənirəm. Birinci hissədə də mən istəyən futbolu oynadı. Hər bir oyunçunun uyğunlaşmaq prosesi var. Mayk Kampaz isə yarımmüdafiəçidir. Həmin mövqedə komandamızda topa sahib olan futbolçular çoxdur. Emin Mahmudov, Rəhman Hacıyev, Derlis Meza Kolli. Lakin bunların top alma keyfiyyəti yaxşı deyil. Maykda isə bu üstünlük var. İkinci hissədə də bunu gördüm. Epizodlarda irəli gedir. Fransisko Qarsiya isə komandaya uyğunlaşıb. Sadəcə, onun şəxsi problemi var. Etdiyimiz transferlər ürəyimizcədir.

- Qol epizodlarından yararlana bilmədiyinizi qeyd etdiniz. Buna səbəb nədir?

- Belə hadisələr olur. Hər qol epizodunu qola çevirmək olmur. Bunun özünün psixoloji amilləri var. Bu hadisələr yoxlama oyunlarında baş verdi. Düşünürəm ki, qol epizodları varsa, qollar da vurulacaq.

- Yoxlama oyunlarında nəticəyə önəm vermədiyinizi dediniz. Bu, çempionatda futbolçuların çıxışına təsir etməyəcək?

- Siz "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyonun hazırlıq planındakı taktikasını bilirsiniz? O komanda oyuna başlayanda ilk 5 dəqiqə ərzində top buraxır. Sonradan oyunu dəyişməyə çalışırlar. Bu sxemlə oynayırlar. Söhbət yoxlama oyunlarından gedir. Yoxlama oyunlarında uduzub çempionatda da məğlub olacağamsa, mən bunu istəmirəm. Biz səhvləri görürük. Səhvlərimiz üzərində də işlər gedir. Sabahdan yoxlama oyunlarında nəyə görə uduzduğumuzu təhlil edəcək, səhvlər üzərində çalışacağıq. Hansı mövqedə zəif cəhətlərimizin olduğuna aydınlıq gətirəcəyik.

- Transferlər son günlərə kimi gecikdi. Buna səbəb nə idi?

- Danışıqlar gedirdi. Siyahımızda bir çox futbolçu var idi. Bəzilərinin şərtləri bizi qane etmədi. Bu proses uzun müddət çəkə bilər. Mən qorxurdum ki, oyuna qədər transferlər baş tutmasın. Lakin onların 3-ü də gəldi. Hələ vaxtımız da var. İstər-istəməz uyğunlaşma həmişə olur. Çalışacağıq ki, nə futbolçular, nə də komanda çətinlik çəksin. Uyğunlaşmanı tez yekunlaşdırmalıyıq.

- Rəhman Hacıyevin durumu nə yerdədir?

- Rəhman qripə yoluxub. O, müalicə alır, fərdi məşq edir. Həkimlər ona nəzarət edir. Təzə sağalan futbolçular var. Ona görə Rəhmanı bu gün heyətə cəlb etmədik. 3 futbolçumuz isə zədəlidir. Elnur Süleymanov, Elnur Cəfərov və Ömər Buludov. Cəfərovla Buludov U-21-dən zədəli dönüb. Birinin burnu sınıb, o birinin isə topuğunda ağır zədəsi var. Süleymanov isə arxa əzələsindən zədə alıb.

- Qış fasiləsindən sonra Premyer Liqada ilk rəqib "Kəpəz"dir. Onları Antayada izləyə bildinizmi?

- Məlumatlarımız var. Yeni futbolçular da cəlb ediblər, hücumçu da alırlar. Biz öz oyunumuza köklənməliyik.

Son xəbərlər

Orphus sistemi