Yuxarı

Tərlan Əhmədov: "Neftçi" azlıqda qalsa da, uduza bilərdik"

Tərlan Əhmədov: "Neftçi" azlıqda qalsa da, uduza bilərdik"

"Komandama təşəkkür edirəm, baxımlı futbol oynadıq. Qol vurmasaq da, istədiyim oyunun çox hissəsini gördüm. Məğlub da ola bilərdik. Ədalətli nəticədir".

"Report" xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçi Tərlan Əhmədov Premyer Liqanın V turunda "Neftçi" ilə səfərdə qolsuz heç-heçədən sonra deyib.

Qırx səkkiz yaşlı mütəxəssis bildirib ki, bu cür oyunun davamını gətirmək istəyirlər: "Futbolda bəzən yaxşı oynayıb, uduza da bilirsən. Bəzi məqamlar məni narahat edir. Xüsusən, orta xətdə. Turalın bir qədər zəif çıxışı məni narahat edir. Bizi qarşıda daha ağır oyunlar gözləyir. Bu cür çıxışın davamını gətirmək lazımdır. Bir xal qazanılıbsa, deməli, belə olmalı idi. O qədər olub ki, azlıqda qalan komanda qalib gəlib. Futbolçuların üzərində çox təzyiqlər var idi. Rəqib azlıqda qalsa da, uduza bilərdik. Komandanın 80 faizini dəyişmişik. Oyundan-oyuna daha baxımlıq çıxış edirik. Rəqib 11 nəfərlə oynasaydı, bəlkə də, qalib gələcəkdik"

T.Əhmədov komandada ehtiyat qüvvənin yetərli olmamasına da toxunub: "Ehtiyatda ikinci heyət olmalıdır. Bu, yaralı yerimizdir. Ehtiyatda olanlardan ən yaxşı oyunçularımız Əfranla və Cabirdir. Əfran bu gün yaxşı təsir bağışladı. Formasını bərpa etdikdən sonra daha çox köməyi dəyəcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi