Yuxarı
    Bağlamaq

    ​Tərlan Əhmədov: "Heç kimdən zəif oynamırıq"

    Komandada iki futbolçu baxışdadır

    Bakı. 23 noyabr. REPORT.AZ/ "Oyun haqda deyiləcək elə sözüm də yoxdur. İlk hissədə oyuna daha çox rahat şəkildə çıxmışdıq". "Report"un məlumatına görə, bunu AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

    "İnter"lə oyun haqda fikirlərini bildirən təcrübəli mütəxəssis hər oyunda adi səhvlərdən qol buraxdıqlarını deyb: "İkinci hissənin ortalarında komanda ayıldı ki, futbol oynamaq lazımdır. Rəqib çox top saxlayırdı. Qarşıda bizi bundan da ağır oyun gözləyir. Oyunlara köklənməli, səhvlər üzərində işləməliyik. Heç olmasa qışa xal ehtiyatımızı toplamalıyıq".

    Baş məşqçi oyundan sonra klub rəhbərliyi ilə polis arasında baş verən qalmaqala da aydınlıq gətirib: "Oyundan sonra klub rəsmiləri ilə polis arasında anlaşılmazlıq oldu. Polislər klub rəhbərlərini tanımır. Hər halda AFFA nümayəndəsi olsa, yaxşı olardı, ya da polislə əlaqəsi olan klub nümayəndəsi olmalıdır".

    T.Əhmədov komandada iki futbolçunun baxışda olduğunu da deyib: "Səviyyə baxımından geridə qalırıq. Bəzi futbolçular əvəzedicilərdən, diviziondan gəlib. Bu da mənim məşqçilik kareyramda bir təcrübədir. Heç kimdən zəif oyun oynamırıq. Məğlubiyyətin bütün səbəbləri divizonda buraxılan səhvlərdir. Futbolçular da özlərini islah etməlidilər ki, artıq Premyer Liqada mübarizə aparırlar. Bu gün klubun vəziyyətini bilirsiniz və bu barədə danışmayacam. 2 qələbə və 8 məğlubiyyət var. Amma işləməliyik. Bu gün 2 futbolçu gəlib. Biri hücumçu, biri isə dayaq yarımmüdafiəçisidir. Sabah yoxlanışdan keçirəcəyik".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi