Yuxarı
    Bağlamaq

    Azərbaycanın futbol komandasının baş məşqçisi "Beşiktaş"ın düşərgəsinə yollanıb

    Tərlan Əhmədov dekabrın 29-dək İstanbulda PRO kateqoriyası üzrə təcrübə keçəcək

    Bakı. 24 dekabr. REPORT.AZ/ AZAL futbol komandasının baş məşqçisi Tərlan Əhmədov Türkiyəyə yollanıb. "Report"un məlumatına görə, yerli mütəxəssis PRO kateqoriyası almaq üçün bir neçə gün İstanbulda qalacaq.

    Dekabrın 29-dək davam edəcək səfər müddətində T.Əhmədov "Beşiktaş" klubunun düşərgəsində olacaq və komandanın məşqlərini izləyərək, təcrübə toplayacaq.

    Qeyd edək ki, PRO kateqoriyası almaq üçün 43 yaşlı mütəxəssisin daha 1 həftə təlim-məşq toplantısı keçməsinə ehtiyac var. O, həmin təcrübəni 2015-ci ildə keçəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi