Tərlan Əhmədov: "AZAL-a samuray yox, qladiator da gətirsəniz, çətin məsələdir"

Tərlan Əhmədov: "AZAL-a samuray yox, qladiator da gətirsəniz, çətin məsələdir" AZAL-ın baş məşqçisi Premyer Liqanın XX turu çərçivəsində "Neftçi"ya 0:1 hesablı məğlubiyyətdən sonra danışıb
Futbol
27 Fevral , 2017 19:21
Tərlan Əhmədov: AZAL-a samuray yox, qladiator da gətirsəniz, çətin məsələdir

Bakı. 27 fevral. REPORT.AZ/ AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində "Neftçi"ya evdə 0:1 hesablı məğlubiyyətdən sonra mətbuat konfransı keçirib. 

"Report"un məlumatına görə, 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

T.Əhmədov əvvəlcə matç haqqında danışıb: 

- "Rəqibi təbrik edirəm. Birinci hissədən razı qalmadım. Amma son 20 dəqiqədə rəqibi təzyiq altında saxladıq. Heyf ki, erkən qol həlledici oldu. Ümumilikdə yaxşı oynadıq. Sadəcə, son ötürmələr dəqiq olmur. Bundan sonra nəyisə dəyişmək deməyək, yeni gələn futbolçularla daha yaxşı çıxış etmək olar. Samir Məsimovun oyunundan razı qaldım. Mehdi Taouil də soyuqqanlı futbolçudur.

- Vaqif Cavadovdan razı qaldınızmı?

- Vaqif ideal formasından çox uzaqdır. O, 30-40 faiz hazırdır. Cavadovun təcrübəsi bizə kömək olacaq.

- Döyüşmək deyirsiniz, AZAL-ın üzvləri samuraydı, yoxsa futbolçu?

- Oyunçulara dedim ki, artıq mənə futbol yox, 3 xal verin. Potensial cəhətdən ötən mövümlə müqayisədə daha yaxşı heyət var. Amma nəticə qazana bilmirik. Bunun da çox səbəbləri var. Çox şeyi açıqlamaq istəmirəm. Biz ilk turda zərbə aldıq. İndi futbolçular qorxa-qorxa oynayır, hakimə nəsə deməyə çəkinirlər. Tounkaraya baxın. Zərbə alan futbolçu sonra qorxur. Biz büdcədə hamıdan geri qalırıq. Bura samuray yox, qladiator da gətirsəniz, çətin məsələdir.

Son xəbərlər

Orphus sistemi