Yuxarı

Təqribən 1200 ingilis futbol xuliqanı DÇ-2018-ə getmək hüququ qazanıb

Təqribən 1200 ingilis futbol xuliqanı DÇ-2018-ə getmək hüququ qazanıb
Onların İngiltərədən kənara çıxmaq qadağasının vaxtı bitib

Bakı. 21 oktyabr. REPORT.AZ/ Əvəllər ölkədən çıxmalarına qadağa qoyulmuş 1200-ə yaxın ingilis futbol xuliqanı Rusiyada keçiriləcək Dünya çempionatı - 2018-ə getmək hüququ qazanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Mirror" nəşri yazıb.

Bildirilir ki, təqribən 3000 xuliqan məhkəmənin qərarı ilə İngiltərədən çıxmaq hüququndan məhrum edilib. Onlardan təqribən 1200 nəfərinin xaricə çıxmasına qoyulan qadağının müddəti başa çatıb. Yerdə qalanların kənara çıxmaq qadağası əvvəlki kimi qüvvədədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi