Yuxarı

Teo Viks: "Rəqib müdafiəçilərə qarşı oynamaq heç də çətin deyildi"

Qol vurmadığım üçün narahat olmadım

Bakı. 19 avqust. REPORT.AZ/ "Qələbə qazandığımız üçün çox şadam. 3:1 hesabı cavab oyunu öncəsi böyük üstünlükdür".

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Teo Viks Avropa Liqasının "pley-off" mərhələsində Sloveniyanın "Moribor" klubu ilə keçirilən oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

Liveriyalı futbolçu bunları bildirib: "Mən demişdim ki, "Maribor" güclü komandadır. Oyunda ilk qolu onlar vurdular. Qol buraxdıqdan sonra təşəbbüsü ələ aldıq və oyun bizim üçün asan olmağa başladı. Bu, elə-belə oyun deyildi. Avropa Liqasında qələbə qazanmaq üçün hər şeyi etməlisən. Qol vuracağımızı bilirdim. Mən vura bilmədimsə, Sergey Zenyov, Baqaliy Dabo, Filip Ozobiç burdadır. Qol vurmadığım üçün narahat olmadım. Rəqib müdafiəçilərə qarşı oynamaq heç də çətin deyildi. Düzdür, onlar əllərindən gələni etməyə çalışdılar. Lakin, bizim daha öncə oynadığımız rəqiblərin müdaçilərindən heç də güclü deyildilər".

26 yaşlı yarımmüdafiəçi "Qəbələ"nin qrup mərhələsinə yüksələn tərəf olacağına inandığını söyləyib: "Komandama inanıram və burada olduğum üçün şadam. Evdə onlar daha çox hücum futbolu oynayacaqlar. Buradakı kimi topu özlərində saxlamağa çalışacaqlar. Belə olan halda biz ağıllı oynamalıyıq. Rəqibin bizə yaradacağı boşluqları dəyərləndirməliyik. Biz isə həmişəki oyunumuzu oynayacağıq. Əlimizə fürsət düşən kimi qol vurmağa çalışacağıq".

T.Viks "Qəbələ"də gözəl başlanğıc etməsinə baxmayaraq sonrakı oyunlarda qol vura bilməməsindən də söz açıb: "Mənim üçün önəmli olan komandamın uğur qazanmasıdır. Hücumda oynamıram və oyun qurucu vəzifəsini daşıyıram. Qol vura bilməsəm də bu mənim üçün narahatçılıq yaranmır. İnanıram ki, Sloveniyada qol vuracam".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi