Yuxarı

Təhsil işçiləri arasında futbol üzrə Bakı çempionatına start verilib

​Təhsil işçiləri arasında futbol üzrə Bakı çempionatına start verilib

Təhsil işçiləri arasında futbol üzrə Bakı çempionatına start verilib.

"Report" xəbər verir ki, turnir Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) birgə təşkilatçılığı ilə keçirilir.

Aprelin 22-də baş tutan çempionatın ilk günündə BŞTİ-nin futbol komandası Nizami rayon komandasına 10:4 hesabı ilə qalib gəlib.

Çempionatın nəticələrinə əsasən, ilk 3 yeri tutan komandalar mükafatlandırılacaqlar.

Ənənəvi olaraq hər il keçirilən çempionatın əsas məqsədi təhsil işçilərinin idmana marağını daha da artırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək, sağlam və aktiv həyat tərzinin təbliği işini genişləndirməkdən ibarətdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi