Təbriz Həsənov: "Bu cür oyunda uduzmaq komandaya pis təsir edir"

Təbriz Həsənov: "Bu cür oyunda uduzmaq komandaya pis təsir edir" "Çatışmazlıqları təhlil edib qarşıdakı oyunlarda yaxşı nəticə qazanmağa çalışacağıq"
Futbol
9 Yanvar , 2017 16:45
Təbriz Həsənov: Bu cür oyunda uduzmaq komandaya pis təsir edir

Bakı. 9 yanvar. REPORT.AZ/ "Belə turnirlərdə ilk oyunlar həmişə əsəbi məcrada, psixoloji gərginlik altında keçir. Biz bu gün rəqibimizdən yaxşı oynadığımız halda məğlub olduq". 

"Report"un məlumatına görə, bunu 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçi Təbriz Həsənov FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə Litva yığması ilə oyundan sonra deyib.

Baş məşqçi bu cür oyunlarda məğlubiyyətin komandaya pis təsir etdiyini söyləyib: "Belə qarşılaşmalarda uduzmaq pis təsir edir. Amma futbolda bu cür nəticələrlə qarşılaşmaq mümkündür. Xeyli qol epizodu yaratsaq da, yalnız bir dəfə fərqlənə bildik. İki standart vəziyyətdə isə qol buraxdıq. Çatışmazlıqları təhlil edib qarşıdakı oyunlarda yaxşı nəticə qazanmağa çalışacağıq. Litva yığmasını qələbə münasibətilə təbrik edirəm".

Qeyd edək ki, Azərbaycan ilk görüşdə Litvaya 1:2 hesabı ilə məğlub olub.

Son xəbərlər

Orphus sistemi