Təbriz Həsənov: "Bəxtimiz gətirmədi"

Təbriz Həsənov: "Bəxtimiz gətirmədi" Baş məşqçi Slovakiya ilə oyundan danışıb
Futbol
13 Yanvar , 2017 20:15
Təbriz Həsənov: Bəxtimiz gətirmədi

Bakı. 13 yanvar. REPORT.AZ/ "Qrupda keçirdiyimiz hər üç oyuna əsasən onu deyə bilərəm ki, bəxtimiz gətirmədi". 

"Report"un məlumatına görə, 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov Rusiyanın Sankt-Peterburq şəhərində FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə Slovakiya ilə keçirilmiş oyunundan sonra deyib.

Baş məşqçi Ricat Qarayevin qırmızı vərəqə almasından təəssüfləndiyini söyləyib: "Konkret bugünkü oyuna gəlincə, yaratdığımız qol epizodlarını gördünüz. Bununla belə, fərqlənə bilmədik və nəticə göz qabağındadır. Məni təəssüfləndirən digər məqam futbolçumuzun qırmızı vərəqə almasıdır. Avropa çempionatının seçmə mərhələsinə hazırlıq baxımından bu turnir bizim üçün faydalıdır".

Qeyd edək ki, yığma komanda qrup mərhələsini sonuncu pillədə başa vurub.

Son xəbərlər

Orphus sistemi