​Təbriz Həsənov: "Bakı Olimpiya Stadionunda oynamağa razılıq verməzdim"

​Təbriz Həsənov: "Bakı Olimpiya Stadionunda oynamağa razılıq verməzdim" "Qonaqlar özləri də U-17 Avropa çempionatının bu səviyyədə keçirilməsinə təəccüblənirdi"
Futbol
11 May , 2016 19:46
​Təbriz Həsənov: Bakı Olimpiya Stadionunda oynamağa razılıq verməzdim

Bakı. 11 may. REPORT.AZ/ "Qələbəyə görə hamımız şadıq. İkinci hissə bizim üstünlüyümüzlə keçdi. Təəssüf ki, qrupdan çıxa bilmədik. Ancaq bu futboldur və bütün komandaya təşəkkür edirəm. Komandada istək vardı. İlk oyundan sonra futbolçular öz oyunlarını tapdı". "Report"un məlumatına görə, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Təbriz Həsənov deyib.

Baş məşqçi Bakıda keçirilən Avropa çempionatının qrup mərhələsinin son oyununda Şotlandiya üzərində qazanılan qələbədən danışıb: "Bizdə İtaliya kimi səviyyəli qapıçılar yoxdur. Sadəcə, 3 qapıçımız var və biri də zədəlidir. Murad Popovun da startda meydana çıxması qapıçılar üzrə məşqçinin qərarına əsasən oldu. Bugünkü oyunda 3 zədəlimiz vardı. Şotlandiya da, eləcə də digər komandalar çox sürətlidir. Həm qaçış, həm texnika, həm də düşüncə baxımından üstündürlər. Bu da uşaq vaxtından görülən işdir. Bizdə isə çatışmayan amil budur. Uşaq futboluna diqqət yetirməliyik. Məndən olsa, Bakı Olimpiya Stadionunda oynamağa razılıq verməzdim. Belçika ilə oyunda da bir neçə epizod vardı, amma alınmadı. Heç bir komanda bu mərhələyə elə belə gəlmir. Bu təcrübələr də bizim futbolçulara gələcəkdə çox kömək edəcək. İnanırdım ki, qrupdan çıxacağıq. Portuqaliya ilə çətin olacağını bilirdim. Amma 4, 6 xalla qrupdan çıxmağın mümkünlüyünü bilirdim. Yenə də 4 xal yığdıq, amma alınmadı. Oteldə qonaqlar özləri də U-17 Avropa çempionatının bu səviyyədə keçirilməsinə təəccüblənirdi. Sadəcə, azarkeş azlığı vardı. Düşünürəm ki, bu turnir Azərbaycan futboluna təkan verəcək. AFFA prezidenti Rövnəq Abdullayev paltardəyişmə otağına gəlib komandanı təbrik etdi".

O, hakim idarəçiliyi haqda fikirlərini bildirib: "Ötən oyunda yüzdəyüz penaltimizi vermədilər. Bu mənim fikrimdir. Başqa oyunlarda da səhvlər olurdu. Hakimlər cavandır. Onları cəlb edirlər ki, gələcək də həmin hakimlərdən istifadə olunsun".

T.Həsənov milliləşdirilən futbolçuların çıxışı ilə bağlı fikirlərini bildirib: "Bizdə belə futbolçu çox deyil. Bu gün ən narazı qaldığım, böyük problemimiz hücum xəttidir. Aprelin əvvəlində Hüseyn və Elçin zədəli olmasından dolayı məşq etmirdi. Onlardan biri oynadı. Ancaq zədələri tam sağalmamışdı. Məcburiyyət qarşısında oynadırdıq. Mərkəz müdafiəçisi də elə belə mövqe deyil. Bildiyim qədər futbolçumuzu artıq bəyəniblər. Murad Mahmudov "Bavariya"nın diqqətindədir və Bernard Lipperdlə əlaqə saxlayıblar. Ancaq başqa nəsə bilmirəm".

Son xəbərlər

Orphus sistemi