Tbilisinin “Dinamo” klubunun keçmiş baş məşqçisi vəfat edib

Tbilisinin “Dinamo” klubunun keçmiş baş məşqçisi vəfat edib Serqo Kutivadze 1982-c ildə bu klubla birlikdə UEFA Kuboklar Kubokunu qazanmağın sevincini yaşayıb
Futbol
8 İyun , 2017 20:32
Tbilisinin “Dinamo” klubunun keçmiş baş məşqçisi vəfat edib

Bakı. 8 iyun. REPORT.AZ/ Tbilisinin “Dinamo” futbol klubunun 1994-1995-ci illərdə baş məşqçisi olmuş Serqo Kutivadze 73 yaşında vəfat edib.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, o, uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Serqo Kutivadze peşəkar futbolçu karyerasına 1962-1966-cı illərdə Kutaisinin “Torpedo” klunda çıxışı ilə başlayıb. 1967-ci ildən futbolçu karyerası başa çatanadək, yəni 1973-cü ilədək Tbilisinin “Dinamo” komandasında oynayıb. Keçmiş SSRİ-nin yığma komandasında bir dəfə 1965-ci ildə o vaxtkı Yuqoslaviyaya qarşı oyunda çıxış edib.

1974-1984-cü illərdə “Dinamo”nun məşqçisi Nodar Axalkatsinin köməkçisi olub. O, 1982-c ildə bu klubla birlikdə UEFA Kuboklar Kubokunu qazanmağın sevincini yaşayıb. 

Son xəbərlər

Orphus sistemi