Tbilisidə Vitali Daraseliyanın xatirəsinə həsr olunan futbol turniri keçiriləcək

Tbilisidə Vitali Daraseliyanın xatirəsinə həsr olunan futbol turniri keçiriləcək Tbilisinin “Dinamo” klubunun prezidentinin məsləhətçisi Levan Salukvadze jurnalistlərə bildirib ki, bu dəfə ki, turnirə daha güclü komandalar gəliblər
Futbol
17 Aprel , 2017 14:49
Tbilisidə Vitali Daraseliyanın xatirəsinə həsr olunan futbol turniri keçiriləcək

Tbilisi. 17 aprel. REPORT.AZ/ Tbilisidə “Dinamo” futbol komandasının məşhur yarımmüdafiəçisi Vitali Daraseliyanın xatirəsinə həsr olunan beynəlxalq futbol turniri keçiriləcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, aprelin 20-dən 25-dək davam edəcək yarışda Azərbaycanın “Qəbələ” klubunun 16 yaşadək idmançıları da iştirak edəcəklər.

Turnirdə, Azərbaycan ilə yanaşı daha 7 ölkənin - Gürcüstanın “Dinamo” , İtaliyanın “İnter”, Belçikanın “Qent”, Xorvatiyanın “Dinamo”, Ukraynanın “Dinamo Kiyev”, Türkiyənin “Trabzonspor” və Hollandiyanın “AZ” klublarının 16 yaşadək komandaları mübarizə aparacaqlar.

Oyunlar Tbilisinin “Dinamo” akademiyasının meydançasında, final qarşılaşması isə “Dinamo Arena”da keçiriləcək.

Tbilisinin “Dinamo” klubunun prezidentinin məsləhətçisi Levan Salukvadze jurnalistlərə bildirib ki, bu dəfə ki, turnirə daha güclü komandalar gəliblər. Onun sözlərinə görə, V.Daraseliyanın xatirəsinə həsr olunmuş turnirə maraq daha da artır və gələcəkdə iştirakçı komandaların sayı daha da artacaq.

Qeyd edək ki, V.Daraseliyanın xatirəsinə həsr olunan ilk beynəlxalq turnir Tbilisidə 2016-cı ildə təşkil olunmuşdu və həmin turnirdə Hollandiyanın “AZ” komandası qalib olub.

Son xəbərlər

Orphus sistemi