Tbilisidə futbol ulduzlarının iştirakı ilə matç keçirilib

Tbilisidə futbol ulduzlarının iştirakı ilə matç keçirilib Oyunda Toni, Rivaldo, Şevçenko, Kafu, Totti, Krespo, Kurani, Kostakurta və başqaları iştirak edib
Futbol
30 Sentyabr , 2017 00:59
Tbilisidə futbol ulduzlarının iştirakı ilə matç keçirilib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Sentyabrın 29-da Tbilisidə "Milan" klubunun sabiq futbolçusu Kaxa Kaladzenin təşkilatçılığı ilə xeyriyyə matçı keçirilib.

"Report" xəbər verir ki, matçda Kaladzenin keçmiş klub yoldaşları ilə yaxın keçmişin məşhur futbolçuları qarşılaşıb.

İştirakçılar arasında Luka Toni, Rivaldo, Andrey Şevçenko, Kafu, Françesko Totti, Ernan Krespo, Kevin Kurani, Alessandro Kostakurta, Xavyer Sanetti və başqaları olub.

Görüş dünya yığması komandasının 6:5 hesablı qələbəsi ilə başa çatıb. Matçda qolları Toni (dubl), Aleksandr İaşvili, Miçel Salqado, Rivaldo, Kafu, Kurani, Totti, Georgi Demetradze, Şevçenko və Marko Delvekkio vurub.

Oyuna bilet satışından əldə olunan bütün vəsait bu yay güclü yanğınlardan zərər çəkmiş Borjomi meşələrinin bərpasına sərf olunacaq.

Son xəbərlər

Orphus sistemi