Yuxarı

​Tbilisidə polis UEFA-nın menecerini maşınla vuraraq öldürüb

Hadisə dünən axşam baş verib

Bakı. 22 dekabr. REPORT.AZ/ Gürcüstanlı sabiq futbolçu və UEFA-nın meneceri David Petriaşvilini polis maşını vurub. "Report"un "İnterfaks"a istinadən verdiyi məlumata görə, hadisə dünən axşam saatlarında Gürcüstanın paytaxtı Tbilisidə baş verib.

46 yaşlı Petriaşvili hadisə nəticəsində ölüb. Onun ölümü ilə bağlı "Avtomobil idarə edərkən təhlükəsizlik qaydalarının pozulması və insan ölümünə səbəb olma" maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, David Petriaşvilinin atası - keçmiş futbolçu Quram Petriaşvili də 2002-ci ildə avtomobil qəzasında həyatını itirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi