Tbilisi "Dinamo"su tarixində 16-cı dəfə Gürcüstan çempionu olub

Tbilisi "Dinamo"su tarixində 16-cı dəfə Gürcüstan çempionu olub Komandanın heyətində Azərbaycan klublarında çıxış etmiş 4 futbolçu da yer alıb
Futbol
25 Aprel , 2016 10:00
Tbilisi Dinamosu tarixində 16-cı dəfə Gürcüstan çempionu olub

Bakı. 25 aprel. REPORT.AZ/ Tbilisi "Dinamo"su sona 4 tur qalmış Gürcüstan çempionu olub. "Report"un məlumatına görə, Yuray Yarabekin baş məşqçi olduğu komanda XXXVI turda "Kolxeti" üzərində 3:1 hesablı qələbə qazandığı görüşdən sonra qızıl medalları təmin edib.

"Dinamo" bu qələbə sayəsində ən yaxın izləyicisi "Samtredia"nı 13 xal üstələyib. Komandanın veteranı, Bakı "İnter"inin sabiq futbolçusu Aleksandr İaşvili hələlik işin yarısını gördüklərini bildirib. Onun sözlərinə görə, Tbilisi təmsilçisini qarşıda ölkə kubokunun finalı gözləyir: "Biz "qızıl dubl" etsək, ürəkdən sevinəcəyik".

Qeyd edək ki, Dinamo"nun hazırkı futbolçularından Aleksandr İaşvilidən başqa Aleksandr Amisulaşvili və Mikel Alvaro da əvvəllər "İnter"də oynayıb. Nikoloz Gelaşvili isə bir vaxtlar "Qarabağ"ın formasını geyinib. Bu, Tbilisi komandasının tarixində 16-cı ölkə çempionluğudur. Ötən mövsüm Avropa Liqasının I təsnifat mərhələsində "Dinamo" Azərbaycan təmsilçisi "Qəbələ"yə iki oyunun nəticəsində (2:1, 0:2) uduzaraq, mübarizəni erkən dayandırıb. 

Son xəbərlər

Orphus sistemi