Tbilisi "Dinamo"su Qəbələyə gəlib

Tbilisi "Dinamo"su Qəbələyə gəlib İki komanda arasında yoxlama oyunları keçiriləcək
Futbol
19 Avqust , 2017 15:31
Tbilisi Dinamosu Qəbələyə gəlib

Bakı. 19 avqust. REPORT.AZ/ “Qəbələ” Futbol Akademiyasının komandaları Gürcüstanın “Dinamo” (Tbilisi) klubu ilə yoldaşlıq oyunları keçirəcək. 

"Report"un məlumatına görə, qonşu ölkə təmsilçisinin iki komandası bu məqsədlə Qəbələyə gəlib. Bu, “Qəbələ” və “Dinamo” arasında qarşılıqlı razılıq əsasında gerçəkləşib. 

Anlaşmaya uyğun olaraq, ilk matçlar Qəbələ şəhər stadionunda keçiriləcək. Avqustun 21-də U-13, avqustun 23-də isə U-15 komandaları qarşılaşacaq. Görüşləri AFFA-nın təyin etdiyi hakimlər briqadası idarə edəcək. 

Bir neçə aydan sonra isə “Qəbələ”nin digər iki yaş qrupu üzrə komandası Tbilisiyə səfərə yollanacaq və “Dinamo”dan olan həmyaşıdları ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi