Yuxarı

​Tarixdə ilk dəfə bir ölkənin 5 klubu Çempionlar Liqasında çıxış edəcək

İspaniyanın 5 klubu turnirin qrup mərhələsinə vəsiqə qazanıb

Bakı. 26 Avqust. REPORT.AZ/ İspaniyanın 5 futbol klubu Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

"Report" xəbər verir ki, sonuncu olaraq İspaniyanın "Valensiya" klubu Fransa "Monako"su ilə keçirdiyi iki oyunun nəticəsinə görə (3:1, 1:2) mötəbər turnirin final mərhələsinə vəsiqə qazanıb.

Bu, tarixdə bir ölkənin 5 təmsilçisinin turnirin qrup mərhələsində mübarizə aparacağı ilk haldır.

"Valensiya" ilə yanaşı İspaniya çempionatında ilk üç yeri tutmuş "Barselona", "Real" və "Atletiko", həmçinin Avropa Liqasının sonuncu qalibi "Sevilya" Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq.

Turnirin qrup mərhələsinin püşkatma mərasimi cümə axşamı keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi