Tanzaniyada oyun zamanı futbolçu ölüb

Tanzaniyada oyun zamanı futbolçu ölüb Futbolçu rəqib oyunçu ilə toqquşduqdan sonra huşunu itirib
Futbol
6 Dekabr , 2016 22:19
Tanzaniyada oyun zamanı futbolçu ölüb

Bakı. 6 dekabr. REPORT.AZ/ Tanzaniyada "Mbao" klubunun futbolçusu İsmayıl Xalfan oyun zamanı dünyasını dəyişib.

"Report" Tanzaniya Futbol Federasiyasına istinadən xəbər verir ki, 19 yaşlı futbolçu matçın 74-cü dəqiqəsində rəqib oyunçu ilə toqquşduqdan sonra yerə yıxılıb və huşunu itirib.

Gənc futbolçuya tibbi yardım göstərilib və o, xəstəxanaya göndərilib. Lakin tibb müəssisəsinə çatan zaman futbolçu vəfat edib.

Həkimlərin məlumatına görə, futbolçunun ürəyi tutub və o, buna davam gətirə bilməyib.

Son xəbərlər

Orphus sistemi