Tanınmış futbolçu karyerasını başa vurub

Tanınmış futbolçu karyerasını başa vurub Tomaş Rositski 37 yaşında futbolla vidalaşıb
Futbol
20 Dekabr , 2017 17:14
Tanınmış futbolçu karyerasını başa vurub

Bakı. 20 dekabr. REPORT.AZ/ Çexiya yığmasının və İngiltərənin “Arsenal” komandasının sabiq futbolçusu Tomaş Rositski karyerasını başa vurub.

“Report”un məlumatına görə, 37 yaşlı yarımmüdafiəçi bu barədə vətənində təşkil etdiyi mətbuat konfransında bildirib. O deyib ki, yenə futbol oynamaq istəsə də, fiziki durumu buna imkan vermir.

Qeyd edək ki, Tomaş Rositski peşəkar futbolçu karyerasını ilk klubu Praqa “Sparta”sında başa vurub. Çexiya millisinin heyətində 105 oyuna 23 qol vuran Rositski Almaniyanın “Borussiya” (Dortmund) komandasının da formasını geyinib. 

Son xəbərlər

Orphus sistemi