Bakı. 7 iyun. REPORT.AZ/ Futbol üzrə İtaliya yığması Avro-2016-ya hazırlıq çərçivəsində Finlandiya ilə keçirdiyi yoldaşlıq oyununda qalib gəlib.
"Report" xəbər verir ki, Veronada baş tutan görüş 2:0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.
İlk olaraq 27-ci dəqiqədə Antonio Kandreva fərqlənib. Futbolçu ona qarşı kobudluğa görə rəqib qapısına təyin olunan penaltini dəqiq yerinə yetirib. İkinci hissənin ortalarında isə meydana Daniele De Rossi çıxıb. O, Kandrevanın ötürməsini 5 metrdən qola çevirib.
İtaliya millisi Avro-2016-da "E" qrupunda Belçika, İrlandiya və İsveç yığmaları ilə mübarizə aparacaq.