Tahir Gözəl: "Qapımıza təyin olunan penalti ruhumuzu sındırdı"

Tahir Gözəl: "Qapımıza təyin olunan penalti ruhumuzu sındırdı" "Bizi "Fiorentina" ilə çox çətin mübarizə gözləyir"
Futbol
25 Noyabr , 2016 01:16
Tahir Gözəl: Qapımıza təyin olunan penalti ruhumuzu sındırdı

Bakı. 25 noyabr. REPORT.AZ/ "İkinci qoldan sonra komanda sındı. Ondan sonra oyunda dönüş yarada bilmədik. Bu gün ən yaxşı "Qarabağ"ı görmədim".

"Report" xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsinin V turunda səfərdə "Slovan"a 0:3 hesabıyla məğlub olan "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl oyundan sonra bildirib.

"Qapımıza təyin olunan penalti ruhumuzu sındırdı. "Slovan" təsadüfi qələbə qazanmadı. Bizdən gözəl oynadılar. Düzdü futbolçularımız əllərindən gələni etdilər, amma bu ən yaxşı "Qarabağ" deyildi.

"Fiorentina"nın məğlub olmağından da xəbərim var. Çox çətin olacaq. Son oyunda İtaliya klubuna mütləq qalib gəlməliyik. "Fiorentina" çox güclü komandadı. Bizi çox çətin mübarizə gözləyir. Amma bu futboldu. Həmişə ümidliyik, "Qarabağ"ımıza inanırıq. Komandanın arxasındayıq. Sona qədər mübarizə aparmalıyıq",- deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi