​Tahir Gözəl: “Oyunçu almaqla qrupa düşmək olmur”

​Tahir Gözəl: “Oyunçu almaqla qrupa düşmək olmur” "Sponsorlar hər zaman Qurban Qurbanova deyirlər ki, yol açıqdır"
Futbol
2 Avqust , 2016 23:48
​Tahir Gözəl: “Oyunçu almaqla qrupa düşmək olmur”

Bakı. 2 avqust. REPORT.AZ/ “Oyun ərzində üstünlük bizim tərəfimizdə idi. 3 real qol epizodunu boşa verdik. Rəqibin 1 qol imkanı oldu, onu da dəyərləndirdi. Çox istəyirdik ki, xalqımızı qələbə ilə sevindirək. Amma alınmadı”.

"Report" xəbər verir ki, bunu “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl “Viktoriya Plzen”lə oyundan (1:1) sonra deyib.

Klub rəsmisi hazırda hədəflərinin Avropa Liqasının qrup mərhələsində oynamaq olduğunu vurğulayıb:

“Bu oyunu udmalıydıq. “Qarabağ” çox çalışsa da, istəyinə çata bilmədi. Amma mübarizə davam edir. İddiamızda qalırıq. Rəqiblərin gücünü də nəzərə almaq lazımdır. Sona qədər mübarizə aparacağıq”.

O, azarkeş dəstəyinə də münasibət bildirib:

“Bundan sonra nə desək, danışmaq asandır. Məşqçinin işinə qarışa bilmərik. Lakin diqqət yetirməli olduğumuz məqamlar var. “Viktoriya Plzen” rəhbərliyi ilə danışırdıq. Bu komanda Çexiyanın paytaxtını təmsil etmir. Lakin klub rəhbərliyi bildirir ki, hər oyunda stadionda 12 min azarkeş olur. “Qarabağ”ın hər oyununa 12 min azarkeş yığsaq, bu, bizim üçün uğur olar. Azərbaycan xalqına təşəkkür edirəm. Bu gün fanatlar komandaya möhtəşəm dəstək verdilər”.

“Qarabağ”ın vitse-prezidenti klubun trasfer siyasətindən də danışıb:

“Sponsorlar hər zaman Qurban Qurbanova deyirlər ki, yol açıqdır. Heyəti gücləndirmək yolunda daim çalışırıq. Amma oyunçu almaqla qrupa düşmək olmur. Bu gün oyunumuz çox gözəl idi. Bəxtimiz gətirmədi”.

Son xəbərlər

Orphus sistemi