Yuxarı

Tahir Gözəl: "Klubumla fəxr edirəm"

Qarabağ klubunun vitse-prezidenti Tahir Gözəl “Tottenhem” komandası ilə oyunla bağlı fikirlərini bölüşüb

Bakı. 27 noyabr. REPORT.AZ/ Futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin V turu çərçivəsində “Qarabağ” İngiltərənin “Tottenhem” komandası ilə qarşılaşıb.

"Report"un məlumatına görə, "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl deyib oyunla bağlı fikirlərini bölüşüb: "Əlbəttə rəqib çox güclü idi. Təəssüf ki, bir qolumuzun ofsaytdan atıldı. Bəxtimiz gətirmədi. Əlimizdən gəlini etdik. Mübarizə apardıq. Qrupumuz çox çətin idi.Amma "Qarabağ" hər zaman qələbə şansı olan bir komandadır. Klubumla fəxr edirəm. Bu günkü oyunla fəxr edirəm". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi