Tahir Gözəl: "Ardıcıl üçüncü mövsüm "qızıl dubl" edərək tarix yazdıq"

Tahir Gözəl: "Ardıcıl üçüncü mövsüm "qızıl dubl" edərək tarix yazdıq" "Səhv edirəmsə, düzəldin"
Futbol
5 May , 2017 18:43
Tahir Gözəl: Ardıcıl üçüncü mövsüm qızıl dubl edərək tarix yazdıq

Naxçıvan. 5 may. REPORT.AZ/ "Möhtəşəm oyun oldu. Təşkilatçılığa görə Vasif Talıbova minnətdarlığımı bildirirəm. Hər şey əla idi". 

"Report"un Naxçıvana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl "Qəbələ"ni 2:0 hesabı ilə yenərək, Azərbaycan Kubokuna sahib olduqları final matçından sonra deyib. O bildirib ki, komandası ardıcıl üçüncü mövsüm "qızıl dubl" etməklə tarix yazıb: "Səhv edirəmsə, düzəldin: "Qarabağ" ardıcıl 3 mövsüm "qızıl dubl" edən ilk klub oldu. Bu mənada tarix yazdıq. Çox xoşbəxtəm".

Klub rəhbəri növbəti hədəflərinin Çempionlar Liqasının finalına vəsiqə qazanmaqdan ibarət olduğunu söyləyib: "Üç dəfədir qapını döyürük alınmır. Ümid edirəm ki, bu dəfə alınar".

Son xəbərlər

Orphus sistemi