Şvaynştayqerin qolu və ötürməsi "Çikaqo"nu məğlubiyyətdən xilas edib - VİDEO

Şvaynştayqerin qolu və ötürməsi "Çikaqo"nu məğlubiyyətdən xilas edib - VİDEO Alman yarımmüdafiəçi həmçinin penalı vura bilməyib
Futbol
29 Aprel , 2018 10:55
Şvaynştayqerin qolu və ötürməsi Çikaqonu məğlubiyyətdən xilas edib - VİDEO

Bakı. 29 aprel. REPORT.AZ/ "Çikaqo Fayr" klubu MLS-in VIII turunda səfərdə "Toronto" ilə 2:2 hesablı heç-heçə edib.

“Report” xəbər verir ki, "Çikaqo"nun heyətində qol və məhsuldar ötürmə ilə futbol üzrə Almaniya yığmasının sabiq yarımmüdafiəçisi Bastian Şvaynştayqer fərqlənib.

Alman yarımmüdafiəçi 38-ci dəqiqədə komandası 0:2 hesabı ilə məğlub olan zamanı penaltini dəqiq yerinə yetirə bilməyib.

Ev sahiblərinin heyətində qol ötürməsi ilə "Yuventus" və İtaliya milli komandasının sabiq yarımmüdafiəçisi Sebastyan Covinko fərqlənib.

"Toronto" 6 oyundan sonra Şərq konfederasiyasında sonuncu, "Çikaqo" isə 7-cidir.

Son xəbərlər

Orphus sistemi