Türkiyə klubu məşqə başlayacağı vaxtı açıqladı

Türkiyə klubu məşqə başlayacağı vaxtı açıqladı Türkiyə Super Liqasında çıxış edən “Qaziantep” klubu məşqlərə başlayacağı vaxtı açıqlayıb.
Futbol
7 Aprel , 2020 16:46
Türkiyə klubu məşqə başlayacağı vaxtı açıqladı

Türkiyə Super Liqasında çıxış edən “Qaziantep” klubu məşqlərə başlayacağı vaxtı açıqlayıb.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda mayın 5-də bir araya gələcək. Öncədən futbolçuların bu gün məşqə qatılacağı açıqlansa da, Superliqanın bərpasının uzanması məşqi yubadıb.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası Superliqanın ən yaxşı halda iyunda başlayacağını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi