Superklasikoda qalmaqal baş verib, hakim 5 futbolçunu qovub - VİDEO

Superklasikoda qalmaqal baş verib, hakim 5 futbolçunu qovub - VİDEO Yeganə qol penaltidən vurulub
Futbol
25 Yanvar , 2016 12:48
Superklasikoda qalmaqal baş verib, hakim 5 futbolçunu qovub - VİDEO

Bakı. 25 yanvar. REPORT.AZ/ Argentinanın prinsipial rəqiblərindən sayılan "Boka Xuniors"la "River Pleyt" arasındakı yoldaşlıq görüşündə qalmaqal baş verib. "Report"un məlumatına görə, xoşagəlməz olayın əsası "Boka"nın müdafiəçisi Xonatan Silvanın rəqib futbolçu Qabriel Merkadoya qarşı kobudluğundan sonra qoyulub.

Merkado oyuna davam edə bilməyərək, əvəzlənib, Silva isə qovulub. Onun daha 2 komanda yoldaşı - 65-ci dəqiqədə Xino Perutsi sərt oyun, 79-cu dəqiqədə Daniel Dias hakimi söydüyü üçün qırmızı vərəqə alıb. 81-ci dəqiqədə isə Teveslə Xonatan Maydana arasında toqquşma yaşanıb. Olaya hər iki komandanın bütün oyunçuları qarışıb. Referi əvvəlcə Maydananı, ardından daha bir "River Pleyt"li Leonardo Piskuliçini qovub. Amma Piskuliçi həmin vaxt artıq əvəzləndiyi üçün komandalar oyunu 8:10 nisbəti ilə başa vurublar.

Qeyd edək ki, Superklasiko 5 "qırmızı"dan əlavə, 9 sarı vərəqə və 40 qayda pozuntusu ilə əlamətdar olub. Yeganə qolu 17-ci dəqiqədə penaltidən "River Pleyt"in futbolçusu Leonardo Piskuliçi vurub. 11 metrlik cərimə zərbəsi hazırda "Boka Huniors"da çıxış edən Karlos Tevesin əllə oynamasından sonra təyin olunub. 

Son xəbərlər

Orphus sistemi