Sumqayıtın yığma komandası İtaliya səfirliyinin əməkdaşları ilə yoldaşlıq görüşü keçirib - FOTO

Sumqayıtın yığma komandası İtaliya səfirliyinin əməkdaşları ilə yoldaşlıq görüşü keçirib - FOTO Qarşılaşma Azərbaycan təmsilçisinin 6:3 hesablı qələbəsi ilə yekunlaşıb
Futbol
3 Oktyabr , 2015 16:49
Sumqayıtın yığma komandası İtaliya səfirliyinin əməkdaşları ilə yoldaşlıq görüşü keçirib - FOTO

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bu gün İtaliyanın Azərbaycandakı səfirliyinin əməkdaşları ilə Sumqayıtın veteran futbolçulardan ibarət yığma komandası arasında yoldaşlıq oyunu keçirilib. "Report"un məlumatına görə, "Azərkimya"nın təşkilatçılığı ilə keçirilən görüş "Bayıl Arena"da baş tutub.

Qarşılaşma Azərbaycan təmsilçisinin 6:3 hesablı qələbəsilə yekunlaşıb.

Görüş oktyabrın 10-da AVRO-2016-nın seçmə qrup mərhələsi çərçivəsində Bakıda keçiriləcək Azərbaycan - İtaliya oyunu ilə bağlı olub. Səfir Campaolo Kutillyonun da çıxış etdiyi komandanın heyətində Azərbaycanda fəaliyyət göstərən İtaliya şirkətində çalışan həmyerliləri də top qovub.

Sumqayıtın yığma komandasında isə jurnalist və meyxanaçılar da yer alıb.

Son xəbərlər

Orphus sistemi