Yuxarı
    Bağlamaq

    ​"Sumqayıt" Vaqif Cavadovla rəsmi müqavilə imzalayıb

    Kamran Quliyev: Hansı futbolçu ilə danışıq apardığımızı deyiriksə, başqaları onu transfer edir

    Bakı. 14 iyun. REPORT.AZ/ "Sumqayıt" futbolçusu Vaqif Cavadovla müqavilə imzalayıb. 

    Bu barədə "Report"a klub prezidenti Kamran Quliyev məlumat verib.

    Onun sözlərinə görə, baş məşqçi Samir Abasov 27 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlı olub və birillik müqavilə imzalanıb.

    K.Quliyev rəhbərlik etdiyi klubun daha bir neçə transfer həyata keçirəcəyini deyib: "Hər bir mövqeni gücləndirsək, yaxşı olar. Əsas gücləndirmə işləri dayaq yarımmüdafiəsi və hücumameylli yarımmüdafiəçi mövqeyidir. Danışıq apardığımız futbolçular var, amma ad çəkə bilmərəm. Biz hansı futbolçu ilə danışıq apardığımızı deyiriksə, başqa klublar onları transfer edir.  Görünür "Sumqayıt" seleksiya işlərini yaxşı aparır. Legioner futbolçu transfer etməyəcəyik. Klubun Müşahidə Şurası var və onlar nə vaxt qərar versə, o zaman olacaq.Qapıçı məsələsinə gəlincə, Fərhad Vəliyev və gənc qapıçı Tərlan Əhmədli ilə müqavilə imzalamışıq. Demirəm ki, Rəşad Əzizov pis qapıçıdır. Amma bizdə qapıçı var. Kimin birinci və ya ikinci qapıçı olacağı gələcəkdə bilinəcək".

    Qeyd edək ki, V.Cavadov 2105/2016 mövsümünün qış transfer pəncərəsində "Sumqayıt"a transfer olunub. O, karyerası ərzində "Qarabağ", "Tvente" (Hollandiya), "Bakı", "Volqa" (Rusiya), "İnter", "Qaziantepspor", "Boluspor" (hər ikisi Türkiyə) və son olaraq "Qəbələ"nin formasını geyinib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi