Yuxarı

"Sumqayıt" Təbriz klubunun futbolçusunu icarəyə götürüb

Cənubi azərbaycanlı hücumçu "Sumqayıt"da

Bakı. 16 yanvar. REPORT.AZ/ “Sumqayıt” klubu heyətinə yeni futbolçu cəlb edib.

“Report” “Top90” portalına istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi İranın “Maşinsazi” klubunun hücumçusu Peyman Babayini iki illik icarəyə götürüb.

Türkiyənin İstanbul şəhərində baş tutan imza mərasimində “Sumqayıt”ın prezidenti Riad Rəfiyev, “Maşinsazi”nin icraçı direktoru Huşəng Nəsirzadə və futbolçunun özü iştirak edib. 25 yaşlı forvard hazırda Antalya bölgəsində təlim-məşq toplanışında olan “Sumqayıt”ın düşərgəsinə yollanacaq.

Qeyd edək ki, Təbrizdə doğulan Peyman Babayi bu şəhərin “Traktorsazi” klubunun yetirməsidir. O, bir müddət “Fulad”ın da formasını geyinib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi