Yuxarı

​"Sumqayıt" Rasim Ramaldanovla müqavilə müddətini açıqlayıb

Müdafiəçi mövsüm sonunadək Sumqayıtda çıxış edəcək

Bakı. 26 yanvar. REPORT.AZ/ "Sumqayıt" klubu müdafiəçi Rasim Ramaldanovla 6 aylıq müqavilə imzalayıb. Bu barədə "Report"a klubun baş meneceri Ceyhun Sultanov məlumat verib.

Onun sözlərinə görə, 30 yaşlı müdafiəçi mövsüm sonunadək özünü yaxşı tərəfdən göstərsə, müddət artırıla bilər. C.Sultanov bununla da "Sumqayıt"ın qış transferlərini yekunlaşdırdığını deyib.

Qeyd edək ki, Rasim Ramaldanov 2008-2013-cü illərdə "Simurq"da, 2013-2015-ci illərdə "Xəzər Lənkəran"da çıxış edib. 30 yaşlı müdafiəçi milli komandada 17 oyun keçirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi