Yuxarı

"Sumqayıt" Qətər və Türkiyə komandaları ilə qarşılaşacaq

"Sumqayıt" Qətər və Türkiyə komandaları ilə qarşılaşacaq

Bakı. 17 iyul. REPORT.AZ/ Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan “Sumqayıt” futbol komandasının yoxlama oyunlarındakı rəqiblərindən ikisi müəyyənləşib.

Klubun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Nazim Süleymanovun baş məşqçi olduğu kollektiv ilk matçını iyulun 19-da Qətərin ”Əl Şahaniya” klubuna qarşı keçirəcək. Kızılcahamamda baş tutacaq oyun Bakı vaxtı ilə 18:00-da start götürəcək.

Digər görüş isə ayın 22-də Topuk yaylasında Superliqada təmsilçisi “Alanyaspor”a qarşı olacaq.

Qeyd edək ki, “Sumqayıt” Türkiyədə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. “Əl Şahaniya” iyulun 15-də “Səbail”lə yoxlama matçında heç-heçə edib - 2:2.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi